
"Ayntraxt" klubu tarixində 5-ci dəfə Almaniya Kubokunu qazanıb.
Sportnet.az-ın məlumatına görə, Frankfurt təmsilçisi finalda "Bavariya"nı üstələyib. Berlindəki "Olimpiaştadion"da keçirilmiş görüş "qartallar"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Ayntraxt"ın ilk 2 qolunu 11-ci dəqiqədə penaltidən və 82-ci dəqiqədə Ante Rebiç vurub. 90+6-cı dəqiqədə isə Miyat Qaçinoviç fərqlənib. "Bavariya"dan isə yeganə qola 53-cü dəqiqədə Robert Levandovski imza atıb.
Qeyd edək ki, daha əvvəl "Ayntraxt" 1974, 1975, 1981 və 1988-ci illərdə Almaniya Kubokunu qazanıb. Klubun hazırkı baş məşqçisi Niko Kovaç mövsüm yekunlaşdıqdan sonra "Bavariya"nın sükanı arxasına keçəcək.