1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qana futbolunda korrupsiya qalmaqalı
Qana prezidenti Nana Akufo-Addo hüquq-mühafizə orqanlarını ölkənin Futbol Federasiyasının rəhbəri Kvesi Nyantaki barəsində araşdırma aparmağa çağırıb.
Sportnet.az"Reuters”ə istinadən xəbər verir ki, dövlət başçısı futbol funksionerini dələduzluqda ittiham edib.
Məlumata görə, K.Nyantakinin Qana prezidenti və digər yüksək vəzifəli məmurların adından istifadə edərək, rüşvət almasını əks etdirən video görüntülər var.
Həmin görüntülər iyunun 6-da Qana futbolundakı korrupsiya halları ilə bağlı efirə gedəcək sənədli filmdə yer alacaq.
Qeyd edək ki, 2005-ci ildən Qana Futbol Federasiyasının prezidenti olan K.Nyantaki FIFA Şurasının üzvüdür.