1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
“Qarabağ”ın Çempionlar Liqası planı müəyyənləşdi
Futbol üzrə Azərbaycan Premyer Liqasının qalibi olan "Qarabağ” klubunun yay təlim-məşq toplanışının proqramı müəyyənləşib.
Sportnet.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv iyunun 13-də Bakıda bir araya gələcək. Paytaxtda bir həftə hazırlıq keçəcək ağdamlılar ayın 20-də Avstriyaya yollanacaq.
Tirol şəhərinə yaxın Kössen qəsəbəsində məskunlaşacaq "Qarabağ”ın orada hansı müddətdə toplanışda olacağı Çempionlar Liqasının püşkünün nəticəsindən asılı olacaq.
Mübarizəyə I təsnifat mərhələsindən qoşulacaq Ağdam klubu ilk oyunu evdə keçirəcəyi halda, iyulun 5-də Bakıya dönəcək. İlk görüş səfərdə olacağı təqdirdə isə komanda Avstriyadan birbaşa qarşılaşacağı rəqibin ölkəsinə üz tutacaq.
Qeyd edə ki, "Qarabağ” son illər yay təlim-məşq toplanışını Kössendə keçir. (Report)