1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Cüdoda qadağa, ÇL-də qələbə" - FOTO
Avropa Cüdo İttifaqı (EJU) Çempionlar Liqasının (ÇL) finalında İspaniya "Real Madrid"inin müdafiəçisi Serxio Ramosun İngiltərə "Liverpul"unun futbolçusu Məhəmməd Salahı zədələməsinə reaksiya verib.
Sportnet.az-ın məlumatına görə, EJU-nun rəsmi "Twitter" səhifəsi Ramosun misirli yarımmüdafiəçinin xəsarət almasına səbəb olan hərəkətini cüdoda qadağan olunmuş tutma fəndi adlandırıb. "Bu, cüdoda qadağan olunsa da, futbolda Çempionlar Liqasını qazanmaq üçün kifayət qədər yaxşı fənddir" deyə şərhdə bildirilir.
Qeyd edək ki, Məhəmməd Salah Serxio Ramosun bu hərəkətindən sonra çiynindən zədələnib və oyunu davam etdirə bilməyib. Onun 3 həftə müddətinə sıradan çıxdığı bildirilir. Görüş isə "Real Madrid"in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.