3 həftədir yaşıl meydanlardan uzaq qalan İsveç millisinin və Fransa PSJ-sinin futbolçusu Zlatan İbrahimoviçin zədəsiin səbəbi bəlli deyil. Sportnet.az-ın məlumatına görə, yığmanın həkimi Leyf Svard hücumçunun rentgen analizlərini dəqiqliklə yoxladıqlarını, lakin problemin nə olduğunu tapmadıqlarını deyib.
Svard 33 yaşlı futbolçunun tam sağalmadan meydanlara dönməyəcəyini bildirib: "Hələ ki, İbrahimoviçin zədə səbəbi bilinmir. Topuğunda infeksiya olmasa da, ağrı hiss edir. İbrahimoviç tezliklə sağalacaq. Tam sağalmadan, ağrıkəsici iynələrlə heç vaxt meydana çıxmayacaq".