
Rusiyanın "Zenit" komandasına yeni baş məşqçi təyin olunub.
Sportnet.az-ın məlumatına görə, bu, "Ufa" klubundan ayrılan Sergey Semakdır. 42 yaşlı mütəxəssislə sonradan daha bir mövsüm uzadıla bilməsi şərtilə 2 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, Sergey Semak 2010 - 2013-cü illərdə "Zenit"də forma geyinib. O, Luçano Spaletti, Andre Villaş-Boaş və Mirça Luçeskunun məşqçilər heyətinə daxil olub, baş məşqçi səlahiyyətlərini müvəqqəti icra edib. "Ufa" isə cari mövsümü 43 xalla 6-cı pillədə başa vuraraq, Avropa Liqasına vəsiqə qazanıb.