1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Üzücü qollar buraxdıq"
"Çoxdandır belə stadionda oynamırdıq. Bu cür böyük arenada axırıncı dəfə səfərdə Çin yığmasına qarşı çıxış etmişdik. Çox gözəl stadionunuz var. Bizə burada qarşılanma və oynamaq imkanı yaradıldığı üçün təşəkkür edirəm. Azərbaycan qonaqpərvər ölkədir, buna görə, minnətdaram".
Sportnet.az-ın məlumatına görə, bunu Qırğızıstan millisinin kapitanı Kursanbek Şeratov Bakıda Azərbaycan millisinə 0:3 hesabı ilə uduzduqları yoldaşlıq görüşündən sonra keçirdiyi brifinqdə deyib. 29 yaşlı yarımmüdafiəçi jurnalistlərin suallarını da cavablandırıb...
- 3 qol da qonaqpərvərlik əlamətidir?
- 3 top bizim üçün çox oldu. Yaxşı hazırlaşmışdıq. Lakin Azərbaycan millisi çox güclü, möhkəm komandadır. Yaxşı hazırlaşsaq da, belə alındı. Acı məğlubiyyətdir.
- Bu oyun sizin üçün hansı anlamı daşıyırdı?
- 2019-cu ilin yanvarında keçiriləcək Asiya çempionatının final mərhələsinə vəsiqə qazanmışıq. İndi ora hazırlaşırıq. Dünya çempionatının iştirakçısı Cənubi Koreya ilə eyni qrupdayıq. Məşqçilər heyəti və federasiyamız bu cür güclü rəqibləri seçir ki, final mərhələsində layiqli çıxış edək.
- Azərbaycan millisi Asiyanın ən güclü yığmaları ilə eyni səviyyədədir?
- İndiyədək İran və Çinlə qarşılaşmışıq. İran da dünya çempionatında iştirak edəcək. Azərbaycanın səviyyəsi bu komandalarla eynidir.
- Azərbaycan millisinin hansı üstün tərəflərini qeyd edərdiniz?
- "Qarabağ" və "Qəbələ" klubları Çempionlar Liqası, Avropa Liqasında oynayıblar. Yerli futbolçularınız sürətli futbol sərgiləyirlər.
- Azərbaycan çempionatında oynamaq istərdiniz?
- Əlbəttə! Çempionatınızın səviyyəsi də yaxşıdır. Klublarınızda yaxşı braziliyalılar, legionerlər var. Əlbəttə ki, belə çempionatda oynamağı çox istərdim.
- Bu, sizin tam optimal heyətiniz idi?
- Bugünkü oyunda Qırğızıstan çempionatındakı futbolçular çıxış edirdilər. Start heyətində yalnız bir legioner var idi. O da Türkiyənin "Somaspor" klubundan dəvət alan hücumçu Mirlan Mirzayev idi. 5-6 legionerimizi çempionatlar davam etdiyi üçün buraxmadılar.
- Azərbaycan millisi nəyin hesabına sizi üstələdi?
- Çox güclü komandanız var. Ötürmələrlə və sürətli futbol oynayırsınız. Məncə, biz də layiqincə mübarizə apardıq. İlk 2 qolu standart vəziyyətlərdən buraxdıq. Bunlar üzücü idi.
- Hansı futbolçuları fərqləndirərdiniz?
- Komandanızda Riçard Almeyda və Qara Qarayevi qeyd edərdim.
- Qırğızıstanda ən ödənişli futbolçu nə qədər maaş alır?
- Bu suala cavab verə bilmərəm (gülür).