1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Berti Foqtsa xəbərdarlıq: "Nə lazımdırsa, edəcəyik"
Avro-2016-ın seçmə mərhələsində milli komandamızla eyni qrupda yer alan Malta millisinin baş məşçisi Pyetro Gedin UEFA-nın rəsmi saytına müsahibə verib. Sportnet.az-ın məlumatına görə, 62 yaşlı italyan mütəxəssis H qrupunda mübarizə aparan komandasının şanslarını dəyərləndirib.
- Qarşıdakı iki oyunda - Norveç və İtaliya yığmaları ilə matçlarda komandanızın şanslarınızı necə qiymətləndirirsiniz?
- Bizi iki çətin oyun gözləyir. Bir oyunda daha çox mübarizə, ikincisində isə taktiki düşünmək lazımdır. Əminəm ki, İtaliya çox güclü olacaq. Orada möhtəşəm futbolçular çıxış edirlər.
- Malta yığması Avropa çempionatının seçmə oyunlarında sonuncu dəfə 2006-cı ildə Macarıstan üzərində qələbə qazanıb (2:1). Növbəti qələbə cari tsikldə mümkündür?
- Bəli, bunun alınması üçün nə lazımdırsa, edəcəyik. Mən kollektivə çox güvənirəm. Əsas odur ki, mənim futbolçularım hədəfə çatmaq üçün mütəmadi olaraq çalışıb, artırırlar. Komandamdan əminəm.
- İtaliya ilə yanaşı, H qrupunda Bolqarıstan, Xorvatiya, Norveç və Azərbaycan yığmaları da var. Belə qrupda Malta hansı nəticəyə ümid edə bilər?
- Qrupda "cırtdan ölkə"lərin komandası yoxdur. Bu barədə mübahisə aparmağa da dəyməz. Biz bu oyunlarda layiqincə mübarizə aparıb, oyunlara fiziki baxımdan yaxşı hazırlaşmalıyıq. Mən oyunçularımdan əzmkarlıq istəyirəm. Həmişə mübarizə aparsınlar və heç nədən qorxmasınlar. Meydana qorxaq oyunçularla çıxıb, mübarizədən qaçsan, onda heç nə parlaq olmur.