"Mövsümü müsbət notlarla bitirmək istəyirik. Düşünürəm ki, həm onlar, həm də bizim üçün maraqlı oyun olacaq".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının kapitanı Bəhlul Mustafazadə iyunun 4-də Qazaxıstan yığmasına qarşı keçirəcəkləri yoldaşlıq matçı barədə danışarən deyib.
Gənc müdafiəçi qələbə qazanmağa çalışacaqlarını bildirib: "Baş məşqçimiz verilən tapşırıqların yerinə yetirilməsini istəyir. Bəlli bir sistemimiz var və ona uyğun oynamalıyıq. Milli komandada və ya klubda davamlı oynamaq üçün daim yüksək səviyyədə çıxış etmək lazımdır. Ən vacibi həm sabahkı oyunu, həm də bütün mövsümü yüksək səviyyədə keçirməkdir".
Qeyd edək ki, "Astana Arena" da keçiriləcək matç Bakı vaxtı ilə saat 13:00-da başlanacaq.