İyunun 8-də 21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Macarıstan yığma komandaları arasında keçiriləcək yoldaşlıq oyununun hakimləri açıqlanıb. 
Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, görüşü İnqilab Məmmədov idarə edəcək. Onun köməkçiləri Knyaz Əmiraslanov və Cəmil Quliyev olacaq. Dördüncü hakim funksiyasının Orxan Məmmədov yerinə yetirəcək.
Qeyd edək ki, "Dalğa Arena"da keçiriləcək görüş saat 19:00-da başlanacaq. 









                 





    
    
    
    
    
    
    
    
    






















































