İsveç milli komandasının sabiq futbolçusu Zlatan İbrahimoviç ABŞ-ın "Los-Anceles Qelaksi" klubunun heyətində növbəti qollarını vurub.
Sportnet.az-ın məlumatına görə, 37 yaşlı hücumçu MLS-də 14-cü turun "Real Solt-Leyk"lə ev oyununda 61 və 67-ci dəqiqələrdə fərqlənərək, "dubl" edib. 3:0 hesabı ilə yekunlaşan matçda digər qola 76-cı dəqiqədə Ola Kamara imza atıb.
Qeyd edək ki, Zlatan İbrahimoviç bu mövsüm MLS-də 11 oyuna 7 qol vurub.