
"Qarabağ"ın futbolçusu Muarem Muarem Lüksemburq yığması ilə AVRO-2016-nın seçmə qrup matçında Makedoniya millisinin start heyətində meydana çıxıb. Sportnet.az-ın məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi 60 dəqiqə meydanda olub.
Onu əvəzləyən Adis Yahoviç oyuna daxil olduqdan cəmi 6 dəqiqə sonra penalti ilə komandasının bərabərlik qolunu vurub. Uzatma dəqiqələrində daha bir dəfə fərqlənən Makedoniya qələbəyə nail olub - 3:2.