
Bolqarıstan millisinin baş məşqçisi Lyuboslav Penev tezliklə postunu tərk edə bilər. Sportnet.az-ın məlumatına görə, 44 yaşlı mütəxəssisə Ukraynanın "Metallist" klubundan təklif gəlib.
Xarkov təmsilçisinin rəhbərliyi baş məşqçi İqor Raxayevin işindən narazı qaldığı üçün bu qərara gəlib. Artıq "Metallist"in rəsmiləri Penevlə görüş üçün Bolqarıstana yollanıblar.
Xarkov təmsilçisinin rəhbərliyi baş məşqçi İqor Raxayevin işindən narazı qaldığı üçün bu qərara gəlib. Artıq "Metallist"in rəsmiləri Penevlə görüş üçün Bolqarıstana yollanıblar.
Qeyd edək ki, Bolqarıstan millisi Avro-2016-nın seçmə mərhələsində H qrupunda Azərbaycanın rəqibidir.