1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Hər üç oyunda uduzsaq da..."
"Bu təlim-məşq toplanışı məndə müsbət rəy yaratdı".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Azər Məmmədov Bakıdakı toplanışı affa.az-a dəyərləndirərkən deyib. O bildirib ki, hazırlıq prosesi zamanı əsasən texniki-taktiki çalışmalara üstünlük verilib.
3 yoxlama matçı keçirdiklərini deyən Məmmədov daha böyük yaşlı kollektivləri rəqib seçdiklərini diqqətə çadırıb: "Futbolçuların güclü komandalarla qarşılaşmada necə təsir bağışladığını görmək üçün rəqib qismində yaşca daha böyük kollektivləri seçdik. U-17 milli komandamızla yanaşı, 4-5 yaş böyük futbolçulardan qurulmuş "Keşlə” və "Sabah”ın əvəzedici heyəti ilə qarşılaşdıq. Hər üç oyunda məğlub olmağımıza baxmayaraq, futbolçular özlərini yaxşı tərəfdən göstərməyə çalışdılar. Müsbət keyfiyyətlərlə yanaşı, mənfiləri də gördük. Təlim-məşq toplanışlarının sayını artırmağa çalışacağıq. Çünki bu uşaqlarla nə qədər çox bir yerdə olsaq, onlardan nə istədiyimizi daha çox anlayacaqlar”.
Qeyd edək ki, toplanış 10 gün davam edib.