"Keşlə"nin Maltada "Baltsan"la keçirəcəyi Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununun stadionu və başlama saatı dəyişib.
Sportnet.az-ın məlumatına görə, iyulun 12-də Ta Qali şəhərindəki "Centenary" stadionunda keçiriləcək görüşün start fiti Bakı vaxtı ilə saat 20:00-da çalınacaq.
Daha əvvəl "Baltsan" - "Keşlə" matçının Ta Qalidəki 17 min tamaşaçı tutumuna malik Milli Stadionda keçiriləcəyi açıqlanmışdı. Həmin arenanın yaxınlığında yerləşən süni örtüklü "Centenary" stadionu isə 3000 nəfərlikdir.
Qeyd edək ki, Azərbaycanın digər təmsilçilərindən "Qəbələ" iyulun 12-də eyni saatda öz meydanında Lüksemburq "Proqres"ini qəbul edəcək. "Neftçi" isə saat 21:00-da "Dalğa Arena"da Macarıstan "Uypeşt"ini sınağa çəkəcək.

















































































