1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Uypeşt" fanatları Bakıda içib dava saldı
Avropa Liqasında "Neftçi" ilə keçirdiyi I təsnifat mərhələsinin ilk oyunu ilə əlaqədar Bakıya gələn Macarıstanın "Uypeşt" klubunun azarkeşləri "Dalğa Arena"nın çölündə və daxilində insidentin səbəbkarları olublar.
Sportnet.az-ın məlumatına görə, 30-dək fanat içkinin təsiri altında qalmaqal törətməyə cəhd edib. "Viola Fidelity" adlı ultras fan-klubunun üzvləri stadion yaxınlığındakı restoranda yerli azarkeşlərlə mübahisəyə girişiblər. Tərəfləri ayırmaq mümkün olsa da, qonaqlardan 7-si oyuna buraxılmayıb.
Oyun vaxtı isə fanatlar tribunalarda suyun satılmamasından narazılıqlarını bildiriblər. Bu zaman "Neftçi" əməkdaşları onları plastik qablarda suya qonaq edib. Əvəzində macarıstanlı azarkeşlər su qablarını qonşu sektordakı flaqman tərəfdarlarına atmağa cəhd ediblər. İnsidentin böyüməsinin qarşısını stadion mühafizəçiləri alıblar.
Qeyd edək ki, görüş "Neftçi"nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.