1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Baş məşqçinin qələbə şərhi
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Vüqar Məmməd "Keşlə”nin əvəzedici heyəti ilə keçirilmiş oyunla bağlı fikirlərini bölüşüb.
Sportnet.az-ın məlumatına görə, gənc mütəxəssis affa.az-a açıqlamasında ilk yoxlama matçında futbolçuların hamısına şans verdiklərini bildirib. Onun fikrincə, komandası çox istəkli çıxış edib: "Artıq doqquz gündür ki, təlim-məşq toplanışındayıq. Tibbi və fiziki testlərdən keçdikdən sonra futbolçuların funksional və texniki-taktiki hazırlığının yüksəlməsinə diqqət ayırırıq. İlk yoxlama oyununda futbolçuların hamısına şans verdik. Komanda çox istəkli idi. Qələbə qazanmağımıza baxmayaraq, çatışmazlıqlar var. Səhvlərimizin üzərində işləyəcəyik. Əsas odur ki, futbolçular hara hazırlaşdıqlarını bilir və səylə çalışırlar. Qələbə münasibəti ilə komandamı təbrik edirəm”.
Qeyd edək ki, U-19 "Keşlə"yə 4:0 hesabı ilə qalib gəlib.