1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Keşlə"nin baş məşqçi postuna əsas namizəd
"Keşlə" komandasının baş məşqçi postuna əsas namizəd müəyyənləşib.
Sportnet.az-ın əldə etdiyi məlumata görə, bu, Samir Abasovdur. 40 yaşlı mütəxəssis ötən mövsümün sonunda "Sumqayıt"ı tərk etdikdən sonra işsizdir. Onun təyinatı Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra gerçəkləşə bilər.
Abasovun "Keşlə"nin sükanı arxasına keçməsini şərtləndirən əsas amil onun da 3-5-2 taktiki düzülüşünə üstünlük verməsidir. İllərdir bu taktikaya sadiq qalan paytaxt təmsilçisi belə oyun üslubunu gənc mütəxəssislə də davam etdirəcək. Üstəlik, komandaya yay transfer dövründə "Sumqayıt"ın 2 sabiq futbolçusu - Azər Salahlı və Amil Yunanovun cəlb edilib. Yəni, onlar və bəzi digər futbolçular sumqayıtlı mütəxəssisin tanıdığı simalardır.
Hazırda əsas maraq doğuran məsələ Abasovun "Keşlə"nin prezidenti Zaur Axundovla necə dil tapacağıdır. Axundovla Yuri Maksimov kimi mütəxəssis də yola gedə bilməyərək, sonda postunu tərk etməli olub. Güman ki, bu məsələdə tərəflərin kompromisə gələ biləcəklər. Hər halda, onlar çoxdan bir-birilərini tanıyıblar. Hətta Abasov futbolçu kimi də "Keşlə"nin sələfi "İnter"də çıxış edib.
Qeyd olunan məsələ ilə bağlı tərəflərin mövqeyini öyrənmək mümkün olmayıb. Məsələni diqqətdə saxlayacağıq.