1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Zirə" Türkiyəyə 21 futbolçu ilə gedir
"Zirə” futbol klubu iyulun 19-da təlim-məşq toplanışı keçmək üçün Türkiyənin Bolu bölgəsinə yollanacaq.
Sportnet.az "Report"a istinadən xəbər verir ki, baş məşqçi Ayxan Abbasov səfərə 21 futbolçu aparacaq. Onlardan ikisi – Tapdıq Əhmədov və Əmrah Bayramov əvəzedici heyətin üzvləridir. Qəsəbə təmsilçisi hazırlıq dönəmində 4 yoxlama oyunu keçirəcək.
"Zirə” iyulun 20-də Qətərin "Əl-Xaritiyah”, 23-də Türkiyənin "Osmanlıspor”, 27-də isə "Eskişehirspor” komandaları ilə qarşılaşacaq. İyulun 30-u üçün nəzərdə tutulan matçdakı rəqib isə hələ bəlli deyil. Komanda avqustun 1-də Bakıya qayıdacaq.
Qeyd edək ki, Azərbaycanı Çempionlar Liqasında təmsil edən "Qarabağ” Avstriyada, Avropa Liqasında mübarizə aparan "Qəbələ” Sloveniyada, "Neftçi” Boluda, "Keşlə” isə Ankaranın Kızılcahamam bölgəsində təlim-məşq toplanışı keçib. "Səbail” klubu iyulun 10-dan Kızılcahamamda, "Sumqayıt” və "Sabah” isə iyulun 16-dan Boluda məskunlaşıb.