1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Bahodir Nəsimov: "Keşlə"yə kömək etməliyəm"
"Özümüz günahkarıq, başlanğıcda qol vurmalıydıq. İlh hissədə 2:0 olsaydı, bizə də rahat olardı. Sonradan fərqləndik deyə, irəli atılıb, qol buraxdıq".
Sportnet.az xəbər verir ki, bunu Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçında Malta "Baltsa"nı üzərində 2:1 hesablı qələbdən sonra "Keşlə"nin futbolçusu Bahodir Nasimov deyib.
Özbəkistanlı hücumçu bildirib ki, səfərdə 1:4 hesablə uduzduqlarına görə mübarizəni dayandırdıqları üçün məyusdurlar: "Məqsədimiz Avropa Liqasının qrupuna düşmək idi. Amma uduzduq. Bundan sonra çempionata hazırlaşacağıq. Həyat davam edir. Bütün gücümüzü Azərbaycan çempionatına qoyacağıq. Cavab görüşündə 3:0 hesabı ilə qalib gəlməyi düşünürdük. Amma alınmadı. Çox sayda qol vəziyyətləri yaratdıq. Rəqib bir zərbə vurdu, o da qol oldu".
Nasimov "Keşlə"yə transferindən də danışıb: "Komandaya yeni qoşulmuşam. Tezliklə uyğunlaşmaq istəyirəm. Azərbaycana dönmüşəm. "Neftçi"dəki kimi özümü göstərməli, "Keşlə"yə kömək etməliyəm."