"Qarabağ"ın Con Delarjın transferi üçün Türkiyənin "Bursaspor" klubuna ödədiyi məbləğ müəyyənləşib.
Sportnet.az "Futbolarena"ya istinadən xəbər verir ki, konqolu hücumçunun keçidi Azərbaycan təmsilçisinə 170 min avroya başa gəlib. 28 yaşlı forvard yay transfer dövründə "timsahlar"ın satdığı ikinci ən bahalı oyunçudur. Birinci yerdə isə Fransa "Tuluza"sına 700 min avroya keçən Con Bostok qərarlaşıb.
Delarj "Qarabağ"da debüt matçını avqustun 1-də Bakıda Albaniyanın "Kukesi" komandasına qarşı keçirib. Ağdamlıların 3:0 hesablı qələbə qazandıqları Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündə o, üçüncü qolun müəllifi olub.
Qeyd edək ki, bu yay "Bursaspor"u 12 futbolçu tərk edib. Onlardan 5-i başqa komandalara keçib.









































































