1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Malta Azərbaycandan daha cəsarətlidir"
Millimizin yer aldığı H qrupunda dünən oynanılan Malta - İtaliya oyunundan sonra qonaqların hücumçusu Klaudio Markizio maraqlı açıqlama verib. Sportnet.az-ın məlumatına görə, Malta ilə Azərbaycanı müqayisə edən "Yuventus"lu forvard adalıları bizdən güclü hesab edib.
Rəqibin uzun müddət azlıqda qalmasına baxmayaraq, hesabı qorumasına diqqət çəkən təcrübəli futbolçu fikrini belə tamamlayıb: "Bonuççi meydandan qovulana qədər oyunumz pis alınmırdı. Amma Maltanın əvvəldən azlıqda qalması işimizi daha çətinləşdirdi. Çünki bütün diqqətlərini müdafiəyə yönəltdilər. Belə komandalara qarşı bu vəziyyətdə oynamaq daha çətindir. Deyərdim ki, Malta Azərbaycanla müqayisədə, taktiki cəhətdən daha cəsarətli və qapalı futbol oynayır".
Qeyd edək ki, Malta - İtaliya görüşündə qonaqların 0:1 hesablı qələbəsi qeydə alınıb.