Azərbaycanlı futbolçu Elmar Xeyirov Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda Belarus BATE-sinə 0:1 hesabı ilə uduzan "Qarabağ”ı məzəmmət edib.
Sportnet.az xəbər verir ki, karyerası ərzində Belarusda legioner həyatı yaşayan veteran oyunçu "facebook” səhifəsində bunları yazıb: "Mən demişdim axı, bizimkilər belaruslulardan zəifdirlər. Belarusda çıxış edəndə, hamı bu çempionata gülürdü. Klounlar, indi topu boş qapıdan çıxardın”.
Qeyd edək ki, hazırda ABŞ-da yaşayan Elmar Xeyirov karyerası ərzində "İnter", "Simurq", "ABN Bərdə", eləcə də Belarusun "Darida", "MTZ-Ripo" və "Smorqon" komandalarında çıxış edib. O, artıq peşəkar karyerasını başa vurub. 31 yaşlı veteran Azərbaycanın U-21 komandasının da formasını geyinib.