
"İlk oyunun iştirakçısı olmaq xoşdur. Qalib gəslək də, istədiyimzi oyunu göstərə bilmədik. Hərçənd, oyunda rəqibdən sayca üstün idik”.
Sportnet.az xəbərverir ki,bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının 2018/2019 mövsümünün açılış matçında "Sumqayıt"a səfərdə 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.
İtaliyalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Anton Krivotysukun müdafiənin mərkəzində oyunundan razı qaldınız?
- Anton yığmada da bu mövqedə oynayıb. O, sol cinahda da çıxış edə bilər. Təəssüf ki, sarı vərəqə aldı. Ancaq ümumilikdə Krivotyukdan razı qaldım.
- Matç boyu qapıçınızSəlahət Ağayevə iradlarınızı bildirirdiniz. Bu, nəylə bağlı idi?
- Təkcə qapıçıya yox, bütün futbolçura iradlarımız bildirim ki, oyuna tez başlayaq. Xüsusilə say üstünlüyünə malik olduğumuz vaxtda. Sona yaxın Səlahət bir az oyunu yubadırdı. Qaqrşılaşmada 3-cü qolu vurmaq istəyiridk. Ağayev ilk hissədə çox yaxşı qurtarış etdi.
- Ruslan Abışov bir neçə ay çıxış etməyəcək. Müdafiədəki boçluqları aradan qaldırmaq üçün transfer etməyi düşünürsünüz?
- Əlbəttə, bunun üzərində işləyirik. Müdafiəni daha da təkmilləşdirməyi fikirləşirik.
- Daha çox qol vurmağı istədiyinizi dediniz. Ancaq ikinci hissənin əvvəlində iki müdafəyəmeylli futbolçu - Ömər Buludovla Qoran Paratskini meydana biuraxdıınız. Əvəzetmələriniz hesabı qorumaq üçün idi?
- Yarımümdafiə xəttində zədəli futbolçu oldu. Ona görə məcburi əvəzləmə etməli oldum. Taktiki gediş deyildi.
- "Qarabağ"la liderlik mübarizəsi apara biləcəksiniz?
- İndi "Qarabağ" haqda düşünmürəm. Çünki növbəti turda "Qəbələ"ylə qarşılaşacağıq. Hazırda bu matç haqda fikirləşməliyik.
-Moldovadan sonra Azərbaycan Premyer Liqasında debüt etdiniz. Təəssüratlarınız necədir? Bu iki ölkənin çempionatını necə müqayisə edərdiniz?
-Azərbaycan çempionatında yaxşı legionerlərləyanaşı, səviyyəli, bacarıqlı yerli futbolçular da var. Təəssüratlarım yaxşıdır.
- Ötən mövsümün bombardiri olan Baqali Dabonu cinahda oynatdınız. Hesab etmirsiniz ki, o hücumda daha çox effektli olardı?
- Dabo elə futbolçudur ki, hücumda daoynaya bilər, cinahda da. Onu sinaha ona görə oynatdım kİi təkbətək mübarizələrdə üstün idi və bu keyfiyyətlərini göstərdi.
- Əsas heyət üzvlərindən olan Rəhman Hacıyevi ehtiyatda saxladınız. Bu, taktiki gedişlə bağlı idi, yoxsa başqa səbəb vardı?
- Bu, sadəcə taktiki seçim idi. Qərar belə oldu ki, orta sahədə Soni Mustifar, Rəşad Eyubov və Emin Mshmudov oynasın.
- Gənc futbolçulara şans verdiniz. Rəhbərlik qarşınıza belə tapşırıq qoyub ki, onlara xüsusi diqqət ayırasınız?
- Bacarıqlı, gənc futbolçularımız var və hər birinə növbəti matçlarda şans verəcəyik.