
"Təəssüf ki, azarkeşlərimizi sevindirə bilmədik. İrəli baxmaq lazımdır. Komanda uduzsa da, pis təsir bağışlamadı. Xüsusilə ilk hissədə. İlk qolda iki mərkəz müdafiəçimiz zonanı, rəqibi sığortalamalı idi. İkinci qolda da səhvimiz oldu. Təcrübəli futbolçu bunu etməməlidir. Yaxşı qol epizodlarımız vardı. İlk oyunda həyəcan, təlaş olur”.
Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov Azərbaycan Premyer Liqasının I turunda "Neftçi”yə 0:2 hesablı məğlubiyyətdən sonra deyib:
- Bu gün "Sumqayıtı"ın əsas problemi hücumun mərkəzi idi?
- Bəli. Bu gün hücumda Ülvi İsgəndərova etibar etdik. Onun 21 yaşı var, cavan deyil. Bu yaşda oynamalıdır. İstəmədik ki, ilk hissənin ortasında dəyişək. Fasiləyək ona şans verdik.
- Avropa Liqasına vəsiqə qazanmağı qarşısına məqsəd qoyan klub yay fasiləsi boyu qapıçı və hücumçu problemini həll etmir. Bu gün Əfran İsmayılov hücumda oynadı...
- Onun hücumçuya xas keyfiyyətləri var. Bizdə futbolçu, qapıçı problemi gündəmdədir.
- İsmayılov sanki meydanda yerini tapmırdı. Hesab etmirisiz ki, Aleksey İsayev orda daha faydalı ola bilərdi?
- Hər kəsin fikrinə hörmətlə yanaşıram. İsayevin ikinci hücumçu kimi oynaması daha effektli idi, nəinki hücumda.
- Müdafiəçiləriniz də səhvlərə buraxdı…
- Futbol səhvlərədn ibarətdir. Arxa xətt oyunçularımıza inanırıq. Məğlubiyyətdə komandanı daha da sıxırıq, qələbələrdə isə şişirdirik.
- Hakimlikdən razı qaldınız?
- Hakim də səhv edə bilər. O da insandır. Sadəcə, futbolun xırda nüansları var ki, onları nəzərə alamq lazımdır. Görürsən ki, bir az təsir edir. Referi qarşılaşmanı elə vaxtda dayandırdı ki, hücum edirdik. Müdafiə olunanda başqa məsələ. İlk oyunda futbolçular kimi, hakimlər də səhv edə bilər. Yəni hakimlərin bir-biri ilə anlaşmaması da özünü göstərdi. İlk oyunun olması həyəcanından irəli gəlirdi.
- "Sumqayıt" azarkeşi tələbkardır. Qapıçı və mərkəz hücumçu problemi nə vaxt həllini tapacaq?
- Futbolun gözəlliyi ondadır ki, Qələbələrdə əsas diqqətdə klub olur. Qapıçı dəvət etmişdik, ancaq bəzi səbəbdən alınmadı. Həmçinin də hücumçu. Elə nüans var ki, onu bu oyunda sifariş edə bilmədik.
- Sərdar Sərdarov növbəti matçda çıxış edə biləck?
- Danışqılar gedir. Ümid ediirk ki, oynaya biləcək.