AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Sportnet.az-ın məlumatına görə, iclasda I divizionun VI turunda baş vermiş hadisələrlə bağlı qərarlar qəbul olunub.
I divizionun VI turunun "Şəmkir” – "Şuşa” matçında "Şəmkir” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
I divizionun VI turunun "Energetik” – "Zirə” matçında "Energetik” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
Oyunun 60-cı dəqiqəsində "Energetik” klubunun 5 №-li futbolçusu Tural Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.
Oyunun 89-cu dəqiqəsində "Energetik” klubunun 8 №-li futbolçusu Pərviz Hüseynov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
"Kəpəz” klubunun 4 , "Mil-Muğan” klubunun 5 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 manat cərimə olunub.
I divizionun VI turunun "Turan-T” – "Lokomotiv” matçının 87-ci dəqiqəsində "Lokomotiv” klubunun 9 №-li futbolçusu Nicat Əsgərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunub.
I divizionun VI turunun "Qaradağ Lökbatan” – "Bakılı” matçında "Bakılı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.