"Qarabağ”ın Belarusda BATE ilə keçirəcəyi Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda anşlaq olacaq.
Sportnet.az xəbər verir ki, "Borisov Arena”dakı oyun üçün azarkeşlər indiyədək 13121 bilet alıb. Qalan 1500 biletin də oyun saatına qədər satılacağı gözlənilir.
Qeyd edək ki, bu gün keçiriləcək BATE - "Qarabağ” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk matç Belarus təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.