
İki futbolçunun "Sumqayıt”a keçidində problem yaranıb.
Sportnet.az xəbər verir ki, söhbət Rusiyanın "Yenisey” klubundan gələn hücumçu Sərdar Sərdarovla "Keşlə”dən ayrılmaq istəyən qapıçı Orxan Sadıqlıdan gedir.
"Sumqayıt" hər iki oyunçu ilə şəxsi müqavilələri razılaşdırsa da, onların transfer məsələsində klubları ilə ortaq məxrəcə gələ bilmir.
Həm Sərdarovun, həm də Sadıqlının taleyinə bu həftə ərzində aydınlıq gələcəyi gözlənilir.