1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ”ın həftəiçi matçı var, bundan yararlanmalıyıq"
"Çox yaxşı oynadıq. Xüsusən, ilk 75 dəqiqə haqda bu sözləri demək olar. Üçüncü və dördüncü qolu vurub, oyunu rahat şəkildə bitirməli idik. Amma alınmadı və rəqib sona 10 dəqiqə qalmış fərqlənə bildi. Buna baxmayaraq, biz kompakt oynayaraq, gücümüzü göstərdik".
Sportnet.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Qoran Paratski evdə "Qəbələ"ni 2:1 hesabı ilə yendikləri Topaz Premyer Liqasının II tur matçını klubun rəsmi saytına dəyərləndirərkən deyib. Xorvatiyalı yarımmüdafiəçi öz oyunundan razı qaldığını bildirib: "Ümumiyyətlə, komanda yoldaşlarım kimi futbolçularla yaxşı oynamaq asan məsələdir. Biz böyük ailəyik. Bunu oyunlarda da görmək olar”.
Paratski III turda "Qarabağ”la keçirəcəkləri oyun barədə də danışıb: "Bilirik ki, "Qarabağ”ın həftəiçi Avroliqa matçı var. Bundan yararlanmalıyıq. Rəqib güclü heyətə malikdir. Buna görə də bizim üçün asan olmayacaq”.
Qeyd edək ki, Qoran Paratski "Qəbələ" ilə matçda sonadək meydanda olub.