"Turnirdə ilk oyunumuzu keçirdik. Bildiyiniz kimi, əsasnaməyə görə ardıcıl iki gün oynamalıyıq. Bu baxımdan ilk oyunda qalib gəlmək önəmli idi".
Sportnet.az xəbər verir ki, bunu affa.az-a açıqlamasında Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Ramin Quliyev Qazaxıstanda keçirilən Prezident Kubokunda Qırğızıstana 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
Gənc mütəxəssis bildirib ki, komandası oyuna yaxşı hazırlaşıb: "Uşaqlar ilk dəqiqələrdən əzmkar və istəkli oyun nümayiş etdirdilər. Xeyli qol imkanları yaratdıq. Nəticədə qalib gəlməyi bacardıq".
Quliyev bu gün ev sahibi Qazaxıstanla keçirəcəkləri oyun barədə də danışıb: "Rəqibin müsbət və zəif cəhətlərini təhlil etmişik. Çalışacağıq ki, bu qarşılasmada da yaxşı oyun göstərib əlverişli nəticə əldə edək”.