
Albaniyanın baş naziri Edi Rama dünən Avro-2016-nın seçmə mərhələsində yarımçıq dayandırılan Serbiya - Albaniya oyunu barədə fikirlərini bölüşüb. Sportnet.az-ın məlumatına görə, ölkə rəsmisi şəxsi "tvitter" hesabında serbləri ciddi formada tənqid edib.
Hadisənin baş verməsinin səbəbini Serbiya hökumətində görən Rama fikrini belə tamamlayıb: "Mən milli komandamızla, futbolçularla fəxr edirəm. Onlara həmişə də dəstək olacam. Amma serblərə yazığım gəlir. Təəssüf edirəm ki, onlar bütün dünyanı özlərinə güldürdülər".
Qeyd edək ki, Serbiya - Albaniya oyunu birinci hissənin sonunda stadiona böyük Albaniya bayrağının endirilməsi və meydan sahiblərinin kapitanı Branislav İvanoviçin bu bayrağa müdaxiləsindən sonra yarımçıq dayandırılıb.