1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimiz qələbəni əldən verdi - YENİLƏNDİ
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Sportnet.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv "Dalğa Arena"da İsraillə üz-üzə gəlib.
Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı artıq 35-ci saniyədə rəqib müdafiəçilərin səhvindən sonra Renat Dadaşov açıb. Lakin 30-cu dəqiqədə Şon Zalman Vaysman bərabərlik qolunu vurub.
86-cı dəqiqədə Azərbaycan millisi qələbə topunu vurmaq üçün əlverişli şans əldə edib. Lakin Ziya Əzizov Fəhmin Muradbəyliyə qarşı kobudluğa görə təyin olunmuş penaltidən yararlana bilməyib.
Bununla da Azərbaycan millisi qrupda keçirdiyi 8-ci oyunda 2-ci xalını qazanıb. Komanda bu nəticə ilə sonuncu - 6-cı pillədə qərarlaşıb. İsrail isə xallarını 8-ə çatdırıb.
Görüşü izləyənlər arasında Azərbaycanın əsas millisinin baş məşqçisi Qurban Qurbanov da olub. Tamaşaçı sayı isə 100-ü keçməyib.
6 senytabr
Avropa çempionatının seçmə oyunu
V qrup
21:00. Azərbaycan - İsrail - 1:1
Qollar: Renat Dadaşov, 1 - Şon Zalman Vaysman, 30
Yerinə yetirilməyən penalti: Ziya Əzizov, 86 (Azərbaycan)
Hakimlər: Trustin Farrugia Cann, Alan Camilleri, Luke Portelli, Malcolm Spiteri (hamısı Malta)
"Dalğa Arena".
Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu sentyabrın 11-də "Dalğa Arena"da Norveçə qarşı keçirəcək.