Ukraynanın "Şaxtyor” klubu UEFA Çempionlar Liqasının I turunda Almaniya təmsilçisi "Hoffenhaym”la oyun ərəfəsində qeyri-adi problemlə üzləşib.
Sportnet.az Donetsk təmsilçisinin "Twitter” səhifəsinə istinadən xəbər verir ki, sentyabrın 19-da oyunun keçiriləcəyi Xarkov şəhərindəki "Metallist” stadionunun şimal tribunası tərəfdə, künc bayrağının yaxınlığında köstəbəklər peyda olub. Onlar stadionun qazonuna ciddi zərər yetiriblər.
Qeyd edək ki, "Şaxtyor" "Hoffenhaym”la yanaşı, İngiltərənin "Mançester Siti” və Fransanın "Lion” komandaları ilə birgə F qrupunda yer alıb. Donetsk klubu ev oyunlarını müvəqqəti olaraq Xarkovda keçirir.