"Neftçi" klubunun futbolçusu Qoran Paratski zədələnib.
Sportnet.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi Topaz Premyer Liqasının V turunda "Zirə" ilə matçda xəsarət alıb. 68-ci dəqiqədə meydanı tərk edən Paratskini Rəşad Eyubov əvəzləyib.
Qeyd edək ki, "Neftçi" ikinci hissəsi oynanılan matçda 2:1 hesabı ilə öndədir. Qoran Paratski komandasının ikinci qolunun müəllifi olub.