Rusiya Premyer Liqasında VIII turun son oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Krılya Sovetov" "Samara Arena"da "Krasnodar"ı qəbul edib. Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 69 və 71-ci dəqiqələrdə Ari, 81-ci dəqiqədə Maqomed-Şapi Süleymanov vurub. Meydan sahiblərinin oyunçularından Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev sonadək ehtiyatda qalıb.
Bu qələbə sayəsində "Krasnodar" 16 xalla 2-ci pilləyə yüksəlib. "Krılya Sovetov" isə 7 xalla 13-cüdür.