İngiltərənin "Everton" klubu qapıçısı Cordan Pikford ilə uzunmüddətli müqavilə imzalayıb.
Sportnet.az klubun saytına istinadən xəbər verir ki, 24 yaşlı qolkiper yeni sözləşməyə əsasən, 2024-cü ilə qədər Liverpul təmsilçisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, Cordan Pikford 2017-ci ildən "Everton"da çıxış edir. İngiltərə millisinin də şərəfini qoruyan oyunçu cari mövsüm klubun heyətində 6 oyunda meydanda olub.