UEFA Millətlər Liqasının IV turu çərçivəsində keçiriləcək Azərbaycan – Malta matçının start heyətləri açıqlanıb.
Sportnet.az xəbər verir ki, millimizin baş məşqçisi Qurban Qurbanov Farer adaları ilə ötən oyunla müqayisədə ilk 11-likdə dəyişiklik etməyib.
3 gün əvvəlki qarşılaşmada olduğu kimi, bu gün də Maksim Medvedev ənənəvi sağ cinah müdafiəçisi mövqeyində çıxış edəcək, mərkəzdə isə Rahil Məmmədov və Bədavi Hüseynov mövqe tutacaqlar. Araz Abdullayev yarımmüdafiənin solunda, Mahir Mədətov sağında yer alacaqsa, mərkəz hücumçusu mövqeyindəki Rüfət Dadaşova Dmitri Nazarov dəstək verəcək.
Qara Qarayev və Riçard Almeyda isə millinin mərkəz xəttinə cavabdeh olacaqlar.
Azərbaycan: 1. Kamran Ağayev (k.), 2. Qara Qarayev, 4. Pavlo Paşayev, 5. Maksim Medvedev, 7. Araz Abdullayev, 13. Dmitri Nazarov, 16. Rüfət Dadaşov, 17. Mahir Mədətov, 19. Rahil Məmmədov, 20. Riçard Almeyda, 22. Bədavi Hüseynov
Ehtiyat oyunçular: 12 Şahrudin Məhəmmədəliyev, 23. Səlahət Ağayev, 3 Ürfan Abbasov, 6 Bəxtiyar Həsənalızadə, 8 Emin Mahmudov, 9 Namik Ələskərov, 10. Ruslan Qurbanov, 11 Ramil Şeydayev, 14 Rahid Əmirquliyev, 15 Cavid İmamverdiyev, 18 Məhəmməd Mirzəbəyov, 21. Təmkin Xəlilzadə
Baş məşqçi: Qurban Qurbanov
Malta: 1. Endryu Hoqq, 3. Jozef Zerafa, 4. Stiv Borq, 5. Andre Aqius, 8. Pol Feneç, 9. Jozef Mbonq, 10. Andre Şembri (k), 11. Rouen Muskat, 15. Xuan Korbalan, 17. Rayan Kamilyeri, 19. Alfred Effionq
Ehtiyat oyunçular: 12. Anri Bonelyo, 23. Stiv Sultana, 16. Ferdinando Apap, 22. Keyn Attard, 2. Maykl Conson, 21. Roderik Briffa, 6. Cek Qreç, 18. Byorn Kristensen, 17. Stefan Pisani, 20. Endryu Kohen, 16. Jan-Pol Farrucia, 13. Kleyton Faylla
Baş məşqçi: Raymond Faruccia
Qeyd edək ki, Bakı Olimpiya stadionunda keçiriləcək oyun saat 20:00-da başlanacaq.