
"Araz"ın yeni baş məşşqçisi Tino Peres qarşısına qoyulan məqsədlər və milli komanda barədə danışıb. Sportnet.az-ın məlumatına görə, tam ad-soyadı Faustino Peres-Moreno Qomes olan məşqçi bildirib ki, əsas hədəfləri UEFA Kubokunda uğurla çıxış etməkdir.
45 yaşlı ispan mütəxəssis avrokubok yarışında daha irəli getməyə çalışacağını deyib: "Bu mərhələdə uğurla oynayıb "Dördlər finalı"na vəsiqə qazanmalıyıq. Bundan sonra Azərbaycan çempionatı barədə düşünmək olar. Bunun üçün vaxtımız kifayət qədərdir. İndidən konkret nəsə demək mümkün deyil".
Milli komandadan da danışan Peres hələ təklfi almadığını deyib: "Hələlik belə bir dəvət olmayıb. Amma inanıram ki, olacaq. O zaman nəsə fikirləşərəm"
Milli komandadan da danışan Peres hələ təklfi almadığını deyib: "Hələlik belə bir dəvət olmayıb. Amma inanıram ki, olacaq. O zaman nəsə fikirləşərəm"
Qeyd edək ki, Tino Peres Joze Alesio da Silvanın ölkəmizdən qaçmasından sonra "Araz"a baş məşqçi gətirilib.
(Azfutzal.com)
(Azfutzal.com)