İspaniyanın "Real Madrid" klubunun rəhbərliyi İngiltərənin "Çelsi" və İtaliyanın "Yuventus" futbol komandalarının sabiq baş məşqçisi Antonio Konte ilə ciddi maraqlanır.
Sportnet.az-ın "Football Italia"ya istinadən verdiyi məlumata görə, artıq italiyalı mütəxəssislə danışıqların ilkin mərhələsi oktyabrın 15-də gerçəkləşib. Hazırda təmaslar davam edir.
"Kral klubu" İspaniya çempionatında ardıcıl 3 oyundur qalib gələ bilmir. Madrid təmsilçisi 8 turdan sonra 4-cü yerdədir və lider "Sevilya"dan 2 xal geridədir.
Qeyd edək ki, "Real Madrid"ə iyunun 15-dən rəhbərik edən hazırkı baş məşqçi Xulen Lopetegi 2018-ci il dünya çempionatı ərəfəsində İspaniya yığmasından qalmaqalla ayrılıb. Onun "kral klubu"ndakı taleyinə oktyabrın 28-də "Barselona" ilə La Liqa matçından sonra aydınlıq gələcəyi bildirilir.