Türkiyənin İstanbul şəhərində FIFA-nın İnfrastruktur üzrə iclası keçirilir.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, tədbirə baş katib Elxan Məmmədov və İnfrastruktur şöbəsinin müdiri Kamran Vəliyev də qatılıb.
AFFA rəsmiləri Bakı Olimpiya Stadionunun (BOS) 3-cü məşq meydanının, həmçinin "Sumqayıt” Futbol Klubunun ev oyunlarını keçirdiyi "Kapital Bank Arena”nın əsas və məşq meydanlarının təqdimatı ilə çıxış edəcəklər.
Qeyd edək ki, həmin meydanlar AFFA tərəfindən FIFA-nın dəstəyilə inşa olunur.