Bakı Olimpiya Stadionunda AFFA-nın təşkilatçılığı ilə keçirilən UEFA seminarı başa çatıb.
"Report" AFFA-nın saytına istinadən xəbər verir ki, "Məktəblərdə futbol” (Football in Schools) mövzusunda keçirilən seminarda AFFA ilə yanaşı, Litva, Moldova, Uels və Kosovo futbol federasiyalarının nümayəndələri iştirak edib.
UEFA-nın Kütləvi futbol üzrə məsləhətçiləri Mark Milton və Stuart Grieve, həmçinin Norveç Futbol Assosiasiyasının sabiq prezidenti, UEFA-nın fəxri üzvü, UEFA-nın Kütləvi futbol səfiri Per Ravn Omdal seminarın mövzusu ilə bağlı təcrübələrini bölüşüb.