1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
Hərbi xidmətdən yayınan futbolçu millidən qovuldu
Cənubi koreyalı futbolçu Çan Hon Su milli komandadan qovulub.
Sportnet.az xəbər verir ki, bu barədə Cənubi Koreya Futbol Federasiyası qərar qəbul edib. Səbəb kimi 27 yaşlı müdafiəçinin hərbi xidmətlə bağlı sənədlərini saxtalaşdırması göstərilib. O, yığmadan birdəfəlik uzaqlaşdırılıb və 2000 avro məbləğində cərimələnib.
Qeyd edək ki, Çan Hon Su Yaponiyanın "Tokio” futbol klubunda çıxış edır. Oyunçu saxta sənəd təqdim edərək hərbi xidmət əvəzinə 200 saatlıq ictimai işlərdə çalışıb. Qanuna əsasən, 2014-cü il Asiya Oyunlarının qalibi kimi Çan iki illik hərbi xidmət əvəzinə, dörd həftəlik hərbi hazırlıq keçməli və 500 saatlıq ictimai işlərdə çalışmalı idi. O, indiyədək milli komandada 57 oyun keçirib.