1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Bəxtiyar Soltanov 20-ə çatdı
Topaz Premyer Liqasının X turu "Sabah”ın futbolçusu Bəxtiyar Soltanov üçün əlamətdar olub.
Sportnet.az xəbər verir ki, klubunda 6-cı çempionat matçına çıxan 29 yaşlı yarımmüdafiəçi paytaxt təmsilçisinin heyətində qol hesabını açıb. Bu, "Qəbələ” ilə səfərdəki görüşə (1:2) təsadüf edib.
O, 159-cu matçında 20-ci dəfə rəqib qapısına yol tapıb. İlk qolunu 2008/09 mövsümündə "Bakı”nın heyətində vuran Soltanov ümumilikdə 5 klubun heyətində fərqlənib. O, paytaxtın eyniadlı təmsilçisində 10, "Kəpəz”də 6, "Qəbələ”də 2, "Qarabağ” və "Sabah”da 1 dəfə rəqib qapısına yol tapıb.
Bəxtiyar Premyer Liqada son qoluna iki il yarım əvvəl imza atmışdı. Bu, yarımmüdafiəçinin "Kəpəz”də çıxış etdiyi 2015/16 mövsümünə təsadüf edib. O, 903 gün əvvəl - 2016-cı il mayın 15-də "Zirə”ylə səfər qarşılaşmasında (2:2) fərqlənib.