1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
PSJ UEFA-dan CAS-a müraciət edəcək
Fransanın PSJ klubunun rəhbərliyi İdman Abirtaj Məhkəməsinə (CAS) müraciət etməyi qərara alıb.
Sportnet.az ESPN-ə istinadən xəbər verir ki, Paris təmsilçisi bu addımı UEFA-nın klubun maliyyə "fair-play”i qaydalarına uyğunluğunu yoxladığı üçün atıb.
İyulda UEFA PSJ-də yoxlamalara başlayıb. Baxmayaraq ki, klub təşkilatın şərtlərini yerinə yetirib və 2015 - 2017-ci maliyyə illərində qayda pozuntularına görə sanksiyalardan qurtulmaq üçün 50 milyon avro məbləğində futbolçu satıb. Avropa futbol qurumu "Qatar Tourism Authority" ilə 2019-cu ildə yekunlaşacaq müqaviləni uzatmamağı da tələb edib. Ona görə də klub daha bahalı oyunçuları ilə vidalaşmalı olacaq.
Bundan sonrakı prosesdə CAS PSJ-nin müraciətini nəzərdən keçirəcək və araşdırma aparacaq. Bu da UEFA-nın işini əhəmiyyətli dərəcədə çətinləşdirəcək. Məhkəmə yoxlanışı bir neçə ay çəkə bilər.