1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Şeydayev oynadı, komandası uduzdu
Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev Rusiya "Krılya Sovetov"unun heyətində növbəti oyununu keçirib.
Sportnet.az xəbər verir ki, 21 yaşlı hücumçu "Axmat"la Rusiya Premyer Liqasının XIV tur matçında 65-ci dəqiqədə meydana daxil olub. O, Alan Çoçiyevi əvəzləyib. Həmin vaxt Samara təmsilçisi Ravanellinin 64-cü dəqiqədə vurduğu qolla 0:1 hesabı ilə geridə olub. Şeydayev oyuna girdikdən 4 dəqiqə sonra Maksim Kanunnikov bərabərlik qolunu vurub. Lakin 81-ci dəqiqədə Oleq İvanov "Axmat"ın qələbə topunun müəllifi olub.
Bu məğlubiyyətdən sonra "Krılya Sovetov" 14 xalla 13-cü pillədə qərarlaşıb. "Axmat" isə 19 xalla 8-cidir.