Futbol üzrə Azərbaycan I Divizionunda daha bir texniki məğlubiyyət qeydə alınıb.
Sportnet.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, X turda "Zirə-2”nin səfərdə "Turan Tovuz"la keçirdiyi oyunun nəticəsi ləğv olunub və komandaya texniki məğlubiyyət verilib.
Buna səbəb qonaqların heyətində 3 futbolçunun lisenziyasının görüşdən əvvəl hakimə təqdim olunmamasıdır. Qəsəbə təmsilçisi həmçinin 800 manat məbləğində cərimə olunub.
Qeyd edək ki, daha öncə "Zirə" klubunun əsas komandasına da texniki məğlubiyyət verilib. I Divizonda isə "Səbail-2" komandası iki dəfə texniki məğlubiyyətlə üzləşib.