Davide Nikola İtaliyanın "Udineze" komandasına baş məşqçi təyin olunub.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 45 yaşlı mütəxəssis işinin icrasına bu gündən başlayacaq. O, yeni vəzifədə Xulio Velaskesi əvəzləyib. Velaskesin rəhbərliyi altında "ağ-qaralar" 7 oyuna cəmi 1 xal toplaya bilib. Nikola əvvəllər "Lumetsane", "Livorno", "Bari" və "Krotone" komandalarına rəhbərlik edib. 12 turdan sonra 9 xala malik "Udineze" 20 komanda arasında 18-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Davide Nikolanın rəhbərliyi altında ilk oyun noyabrın 24-də Udine şəhərində "Roma"ya qarşı olacaq.







































































