21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoldaşlıq görüşündə qüvvəsində sınayıb.
Sportnet.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Bosniya və Herseqovinanın eyni yaş qrupundan olan komandası ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan millisinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan yığması bundan öncəki yoxlama matçında Ukraynaya 0:1 hesabı ilə uduzub.