Libertadores Kubokunda Argentinanın "River Pleyt" və "Boka Xuniors" komandaları arasındakı finalın cavab görüşü iki dəfə təxirə salınıb.
Sportnet.az-ın məlumatına görə, qarşılaşma bu gecə Bakı vaxtı ilə saat 24:00-da başlamalı olub. Lakin azarkeşlərin "Boka" futbolçularının olduğu avtobusa hücumu ilə əlaqədar start fitinin səsləndirilməsini əvvəlcə 1 saat, sonra isə daha 15 dəqiqə ertələmək lazım gəlib.
İnsident zamanı polis gözyaşardıcı qazdan yararlanaraq, fanatları sakitləşdirməyə cəhd edib. Lakin bundan "Boka"nın futbolçuları Pablo Peres, Leonardo Xara, Mauro Sarate, Karlos Teves və Auqustin Almendru da zərər çəkiblər. Klub nümayəndələri onların görüşdə iştirak edəcək durumda olmadıqlarını bildiriblər.
Yekunda isə qarşılaşmanın bir sutka sonra təşkilinə qərar verilib. Bu gün Buenos-Ayresdəki "Monumental" stadionunda keçiriləcək görüş saat 24:00-da başlanacaq. İnsidentə baxmayaraq, oyuna azarkeşlər də buraxılacaq.
Qeyd edək ki, iki komanda arasında noyabrın 11-də "Alberto Armando" stadionunda keçirilmiş ilk matçda qalib müəyyənləşməyib - 2:2.
Bombardirlər: Coy-Lens Mikels ("Sabah"), Felipe Santos ("Araz-Naxçıvan") - hər ikisi 8, Davit Volkov (""Zirə"), Leandro Andrade ("Qarabağ") - hər ikisi 7 qol.