Azərbaycan Premyer Liqasının XII turunun ən yaxşı futbolçusu məlum olub.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "İnStat”ın təhlilinə əsasən, bu, "Qəbələ”nin yarımmüdafiəçisi Ceyms Adeniyidir.
Nigeriyalı yarımmüdafiəçi "Keşlə”yə qarşı keçirilən oyunda 1 qolun müəllifi olub. Araşdırmalara əsasən, Adeniyi turun ən yüksək indeksə malik olan futbolçusudur.